Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günüdür.

04 iyun 2023 | 07:57

Soyad: Əliyev

Ad: Rauf

Ata adı: Səxavət

Doğum tarixi: 04.06.1994

Şəhid olub: 22.10.2020

Rütbə: Əsgər

Təltifləri

«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

Rauf Səxavət oğlu Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikasının, Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb.

Orta təhsilini Nəsimi rayonu 19 nömrəli məktəbdə alıb.2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya və Texnologiya fakültəsini bitirib.2016-cı ildə hərbi xidmətə yollanmış və Aprel döyüşlərinin fəal iştirakçısı olub.

Hərbi xidmətdən sonra əmək fəaliyyətinə Celt Colleges hazırlıq kurslarında ingilis dili müəllimi olaraq başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə çalışıb.Sonuncu iş yeri və və çalışdığı vəzifə Azər-Türk Bankda proqramist vəzifəsi olub.

Proqramlaşdırma üzrə bir çox beynəlxalq sertfikartları qazanmış, bir neçə xarici ölkədə proqramlaşdırma üzrə təlimlərdə iştirak edib.İngilis, rus dillərini mükəmməl bilməklə yanaşı, həvəskar qitara ifaçısı olub.

Rauf Əliyev İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanmış, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 22 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər zamanı şücaət göstərərək qəhrəmancasına vuruşaraq şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliyev Rauf ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görəvə 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.

Keçidlər