Vətən müharibəsi Şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günündə əziz xatirəsi yad olundu.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Vətən müharibəsi Şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.