Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Həsənov Faiq Hüseyn oğlunun şəhadət günüdür.

05 oktyabr 2022 | 07:21
Soyad: Həsənov
Ad: Faiq
Ata adı: Hüseyn
Doğum tarixi: 28.07.1990
Şəhid olub: 05.10.2020
Rütbə: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
 
Faiq Hüseyn oğlu Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub.Birinci Qarabağ müharibəsi başlayanda Faiqin yaxınları, doğmaları da torpaqların azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Əmisi Elşən Həsənov şəhid, dayısı Mahir Rzayev isə qazi olub.Bəlkə də elə buna görədir ki, ali təhsilini başa vurub hərbi xidmətə yollanan Faiq əsgərlikdən sonra hərbçi olmağa qərar verdiyini ailəsinə deyəndə, onlar razılaşmayıb. Amma Faiq Həsənov Xüsusi Təyinatlı Qüvvələrin tərkibində həyat yoluna davam etmək istəyib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Faiq Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Faiq Həsənov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Faiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Faiq Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Keçidlər