Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Həsənov Teymur Mahal oğlunun doğum günüdür.

03 aprel 2023 | 07:21

Soyad: Həsənov

Ad: Teymur

Ata adı: Mahal

Doğum tarixi: 03.04.1989

Şəhid olub: 25.10.2020

Rütbə: əsgər

Təltifləri

«Vətənə xidmətə görə» ordeni«Cəsur döyüşçü» medalı«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı

Çoxlu göyərçinləri var idi, sülh quşlarını çox sevirdi, elə sülhü də. Mövzu Vətən, onun azadlığı olunca sülh sevgisi belə onu dayandıra bilmədi. Hər şeyi geridə buraxıb sevdiyi Vətənini qorumağa yollandı.

Teymur Mahal oğlu Həsənov 1989-cu il aprelin 3-də Bakı şəhərində, hərbçi ailəsində dünyaya gəlib. 1996-cı ildə 153 nömrəli orta məktəbdə birinci sinfə qədəm qoyub.

Atası müharibə veteranı, ehtiyatda olan gizir Mahal Həsənov birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Elə Vətənə, hərbi formaya ilk sevgisi də oradan yaranır.

Kiçik yaşlarından idmana da marağı olub, sərbəst güləşlə məşğul olan Teymur bir çox yarışlarda iştirak edib, mükafatlar qazanıb.
İdmana olan həvəsi onu 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almağa gətirib çıxarır.

2009-cu ildə ailə həyatı quran Teymur, 2011-2012-ci illərdə hərbi xidmətə yollanıb. Vətən qarşısında borcunu uşaqlıq dostu Raufla birgə ödəyib.

Vətən Müharibəsi başlayanda hər kəs kimi o da, torpaqların müdafiəsinə qalxıb. Sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən Teymur oktyabrın 25-də qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsənov Teymur Mahal oğlu ölümündən sonra “Vətən uğrunda”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən  “Cəsur döyüşçü” medalları,05.11.2021 – ci il Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2022 ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Həsnov Teymur Mahal oğlu 3 cü dərəcəli Vətənə xidmətə görə orden ilə təltif olunmuşdur.

Keçidlər