Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Hüseynzadə Həmidağa Bağı oğlunun doğum günüdür.

13 avqust 2022 | 07:32

Adı: Hüseynzadə

Soyadı: Həmidağa

Ata adı: Bağı

Doğum tarixi: 13.08.1990

Şəhid olub: 30.09.2020

Rütbəsi: Kapitan

Təltifləri

«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı

Hüseynzadə Həmidağa Bağı oğlu 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub
Azərbaycan Ordusunun kapitanı olan Hüseynzadə Həmidağa  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. 

Həmidağa Hüseynzadə 28 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  Hüseynzadə Həmidağa ölümündən sonra "Vətən uğrunda", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Kəlbəcərin azad olunmasına görə" medalları   09.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif olunub. 

Keçidlər