Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Hüseynzadə Həmidağa Bağı oğlunun əziz xatirəsi ehtiramla yad edildi.

28 sentyabr 2022 | 10:16

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Vətən müharibəsi Şəhidi Hüseynzadə Həmidağa Bağı oğlunun rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər