Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi İsmayılov Emin Tahir oğlunun doğum günüdür.

21 may 2023 | 07:57

Soyad: İsmayılov

Ad: Emin   

Ata adı: Tahir

Doğum tarixi: 21.05.2001

Şəhid olub: 27.11.2020

Rütbə: Əsgər

Təltifləri

«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı

İsmayılov Emin Tahir oğlu 21 may 2001-ci il tarixində Bakı şəhərində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu  olan İsmayılov Emin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

İsmayılov Emin Tahir oğlu  6 oktyabr 2020-ci il tarixində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayılov Emin Tahir oğlu ölümündən sonra  “Vətən uğrunda”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur Döyüşçü” və “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Keçidlər