Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Kazımov Vüsal Vüqar oğlunun şəhadət günüdür.

03 mart 2023 | 07:24

Soyad: Kazımov   

Ad: Vüsal

Ata adı: Vüqar

Doğum tarixi: 17.08.2000

Şəhid olub: 03.03.2022

Rütbə: əsgər

Vüsal Kazımov 20 avqust 2000-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. Sonradan ailəsi ilə birgə Bakıya köçmüşdür. Nəsimi rayonu 9 saylı tam orta məktəbin məzunudur. Yüksək bal ilə daxil olduğu Memarlıq və İnşaat universitetində ali təhsilini başa vurduqdan sonra  azad olunmuş torpaqlarımızın müdafiəsi üçün Şuşa şəhəri N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə yollanmışdır.

03.03.2022-ci il tarixində xidməti vəzifə borcunu yerinə yetirən zaman ağır xəsarətlər almış və hərbi tibb müəssisəsinə təxliyyə olunmuşdur. Həkimlərin səylərinə baxmayaraq həyatının xilas etmək mümkün olmamış və tibb müəssəsində şəhid olmuşdur.

Vüsal Kazımov II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Keçidlər