Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Kazımov Vüsal Vüqar oğlunun şəhadət günündə əziz xatirəsi yad edildi.

03 mart 2023 | 14:04

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Kazımov Vüsal Vüqar oğlunun şəhadət günündə əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü. Daha sonra Vətən müharibəsi şəhidlərinin ruhuna ehsan süfrəsi verildi.

Şəhidin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər