Vətən müharibəsi Şəhidi Məmmədov Azad Tahir oğlunun şəhadət günüdür.
Soyad: Məmmədov
Ad: Azad
Ata adı: Tahir
Doğum tarixi: 16.12.1995
Şəhid olub: 14.10.2020
Rütbə: Əsgər
Təltifləri
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Azad Məmmədovdur.
Məmmədov Azad Tahir oğlu 16 dekabr 1995-ci ildə anadan olub. Evin tək oğlu idi.Bakı şəhəri, Nəsimi rayonunda yaşayıb.Azad Məmmədov mədəni, sakit hər şeyi gülərək qarşılayan, astagəl insan idi. Şəhidimizin səsi də gözəl olub. Əsgər yoldaşları hər dəfə xahiş edirmiş ki, "Azad, bir Qarabağ havası ifa elə,qardaş". O da xahişlərini yerə salmırmış. Azad Məmmədov avtoqəza keçirmişdi deyə hərbi xidmətə gec getmişdi. 20 aprel 2020-ci ildə isə tərxis olunmuşdu.
Azərbaycan Ordusunun əsgəri olan Azad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. 14.10.2020-ci ildə Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Azad ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.