Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Mikayılov Cəbrayıl Valeh oğlunun doğum günüdür.

22 sentyabr 2022 | 10:45

Soyad: Mikayılov

Ad: Cəbrayıl

Ata adı: Valeh

Doğum tarixi: 22.09.2000

Rütbə: Əsgər

Təltifləri

«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Döyüşdə fərqlənməyə görə» medalı

Mikayılov Cəbrayıl Valeh oğlu 2000-ci il sentyabrın 22-də Bakı şəhəri Nəsimi rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Mikayılov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

Keçidlər