Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsi yad olundu.

26 sentyabr 2025 | 07:37

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün davam edən zəfər dolu Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının birliyi, Şanlı Azərbaycan ordusunun rəşadəti, əbədiyyətə qovuşmuş şəhidlərimizin və qəhrəman qazilərimizin şücayəti sayəsində 30 ildən artıq işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının,  Şəhid ailələri,  Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi zamanı torpaqlarmızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Eyni zamanda şəhid Rzayev Hacırza Fikrət oğlunun  atası Rzayev Fikrət Rüstəməli oğlunun məzarı da ziyarət olundu.

Keçidlər