Vətən müharibəsi şəhidi Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsi yad olunub.
44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon şəhidinin əziz xatirəsi yad olunub.
Şəhid Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.