Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun xatirəsi ehtiramla yad etdi.

14 iyul 2022 | 11:46

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Müharibə varsa, şəhid də var, qazi də, itkin də. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları  Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon Şəhidi Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsini  yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Keçidlər