Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum günündə əziz xatirəsi yad olundu.

10 may 2024 | 10:45

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.

44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.

Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, SHXÇDX-i idarəsinin  nümayəndələri, Şəhid ailələri,  Vətən müharibəsi qaziləri və  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı  ilə  Vətən müharibəsi zamanı torpqalarmızın azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olmuş Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun  doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər