Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum günündə xatirəsi yad olundu.
10 may 2022 | 12:19
Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.