Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Solnsev Dimitriy Aleksandroviçin şəhadət günündə əziz xatirəsi yad edildi.

24 oktyabr 2025 | 12:15

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi rayon Polis İdarəsinin və YAP Nəsimi rayon təşkilatının rəhbərliyinin, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi  Solnsev Dimitriy Aleksandroviçin şəhadət günündə əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olundu, məzarları üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidlərin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

 

 

Keçidlər