Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğluna həsr olunmuş “Rəşadətli Ömür” adlı sənədli filmin təqdimatı və barelyefinin açılış mərasimi keçirildi.
Hyatt Regency Konfrans Mərkəzində Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğlunun şərəfli həyat yoluna həsr edilmiş “Rəşadətli Ömür” adlı sənədli filmin təqdimatı keçirildi. Tədbirdə rəsmi qonaqlarla bərabər qəhrəman Rəşadı həyatda tanıyıb, onun mübariz xarakterinə və vətənpərvər ruhuna şahid olan insanlarda iştirak ediblər.
Zeynallı Rəşad Qiyas oğlu 1998-ci il aprel ayınn ı 21-də Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Nəsimi rayonunda İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsilini başa vurub.
Tədbirdə çıxış edənlər Zeynallı Rəşad Qiyas oğlu ailəsinin, dostlarının, onu tanıyanların həyatında gözəl əməlləri, qüsursuz əxlaqi ilə yaddaşlarında iz qoyub şəhidlik zirvəsinə ucaldığını qeyd etdilər.
Qeyd olundu ki, Rəşad hər bir valideynin arzu etdiyi gözəl bir övlad, sədaqətli dost, onu tanıyan ətrafı üçün xoş rəftar, alicənab, mehriban, saf, təmiz birisi olaraq xatirələrə həkk olunub. Bu gün Rəşadı istər orta məktəb, istər universitet müəllim kollektivi fəxirlə yad edir, onunla qürur duyurlar.
Tədbirin sonunda torpaqlarımızın azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda canından keçən Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğlunun bareliyefinin açılış mərasimi keçirildi.
Tədbir iştirakçıları və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, bareliyefi önünə gül-çiçək dəstələri düzüblər.