Vətən müharibəsi Şəhidi Zeynallı Rəşad Qiyas oğlunun şəhadət günüdür.
Rəşad Qiyas oğlu Zeynallı 21 aprel 1998-ci tarixdə Bakıda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi 2020-ci il oktyabrın 8-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib.
Həyatı
Rəşad Zeynallı 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Cihazqayırma mühəndisliyi” ixtisasına yiyələnib. Subay idi.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşən Rəşad Zeynallı oktyabrın 8-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rəşad Zeynallı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.