Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri Ələsgərov Ələkbər İsgəndər oğlunun və Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsi ehtiramla yad olundu.

02 fevral 2023 | 10:02

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Müharibə varsa, şəhid də var, qazi də, itkin də. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtmışıq.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları  Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon Şəhidləri Ələsgərov Ələkbər İsgəndər oğlunun və  Cəfərov Balaş Namiq oğlunun  əziz xatirəsini  yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər