Vətən Müharibəsi Şəhidləri Ələsgərov Ələkbər İsgəndər oğlunun və Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsi yad olundu.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın qəhrəman oğulları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, şəhidlərin ailə üzvləri torpaqlarımızın azad olunması, ərazi bütövlüyünün bərpası uğrunda canlarını qurban vermiş rayon Şəhidləri Ələsgərov Ələkbər İsgəndər oğlunun və Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdi, məzarları üzərinə gül dəstələri düzdülər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.