Vətən Müharibəsi Şəhidləri Səfərov Məmmədağa Balakişi oğlunun və Qasımlı Mir Həmid Nazim oğlunun şəhadət günündə əziz xatirələri yad edildi.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidləri Səfərov Məmmədağa Balakişi oğlunun və Qasımlı Mir Həmid Nazim oğlunun şəhadət günündə əziz xatirələri dərin hörmət və ehtiramla yad olundu, məzarları üzərinə gül-çiçək dəstələri düzüldü. Daha sonra Vətən müharibəsi şəhidlərinin ruhuna ehsan süfrəsi verildi.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.