Vətən müharibəsi Şəhidlərinin xatirəsinə yaradılan Zəfər bağına baxış keçirildi.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə yaradılan Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanında Zəfər bağına Nəsimi RİH başçısı və nümayəndələri tərəfindən baxış keçirildi.
Növbəti baxış zamanı bağda ərazinin sanitar təmizliyi, yaşıllıq zolaqlarının və oturacaqların ümumi vəziyyəti ilə tanış olundu. Eyni zamanda bağda yaşıllıq zolaqlarına 500 ədəd yeni mövsümi dekorativ güllər əkilmişdir.
Rayon ərazisində ümumiyyətlə işlərin keyfiyyətlə həyata keçirilməsi məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi daim nəzarətdə saxlanılır, görülmüş abadlıq quruculuq işlərinə mütamadi olaraq baxışlar keçirilir, cari təmir işləri aparılır.