Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Zəfər bağına baxış keçirilmişdir.

13 sentyabr 2022 | 11:48

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə  yaradılan Nəsimi rayonu 4-cü mikrorayon,  20 Yanvar küçəsi 21 ünvanında Zəfər bağına Nəsimi RİH başçısı və nümayəndələri tərəfindən baxış keçirildi.

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Bununla əlaqədar Nəsimi rayonunda  yerləşən Zəfər bağına da, daimi olaraq baxış keçirilir. Növbəti baxış zamanı bağda ərazinin sanitar təmizliyi, yaşıllıq zolaqlarının və  oturacaqların ümumi vəziyyəti ilə tanış olundu, eyni zamanda Zəfər bağının daim nəzarətdə saxlanılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verilidi.

Qeyd edək ki, rayon ərazisində ümumiyyətlə işlərin keyfiyyətlə həyata keçirilməsi məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi daim nəzarətdə saxlanılır, görülmüş abadlıq quruculuq  işlərinə mütamadi olaraq baxışlar keçirilir, cari təmir işləri aparılır.

 

Keçidlər