Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi və Qaraheybət faciəsində həlak olmuş Şəhidlərin əziz xatirəsi yad olundu.

30 noyabr 2023 | 10:35

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.

44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub.

Bu gün Qaraheybətdə helikopter faciəsindən 2 il ötür. Qaraheybət helikopter qəzası  — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının nümayəndələri, Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş və "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəza zamanı həlak olmuş  Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzmüşdülər.

Keçidlər