Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Nəsimi rayonu 8 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.
Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Nəsimi rayonu 8 saylı tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə 8 saylı tam orta məktəbin direktoru Aytən Baxşıyeva açaraq, tədbirin əhəmiyyəti barədə məlumat verdi.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırım kimi cinayətlər törətmişlər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan, o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə yeddi min nəfərə yaxın adamın yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər.
Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı. Uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildilər. Erməni millətçiləri XX əsrin sonunda növbəti dəfə tarixi cinayəti —Xocalı soyqırımını törətdilər.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edilmiş, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.
Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.
Xocalı soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir. Şübhəsiz ki, güclü dövləti olan Azərbaycan tezliklə bu ədalətsizliyi dəf edib öz haqqına çatacaq, Xocalı şəhəri azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, köçkünlər ata-baba yurdlarına dönəcəkdir.
Sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunmuş, şagirdlərin ifasında vətənpərlik mövzusunda şerlər, mahnılar səsləndirilmiş və səhnəcik təqdim olunub.