Yaşayış binalarının dam örtüklərində cari təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Eyni zamanda Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların, eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.
Qeyd edək ki, qış mövsümünə hazırlıq işləri ilə əlaqədar və sakinlərin müraciətlərini nəzərə alaraq Nəsimi rayonunun müxtəlif ünvanlarında binaların dam örtüyündə cari təmir işləri aparılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma , infrastruktur işləri davam etdirilir.