Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycanın təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilib.

19 aprel 2025 | 13:27

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Qərbi Azərbaycana həsr olunmuş video-çarx nümayiş etdirilib. YAP Nəsimi rayon təşkilatının sədri  Azər Süleymanov çıxış edərək Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliğinin vacibliyini vurğulayıb. 

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında dövlət siyasətində gənclərə verilən önəmi və Qərbi Azərbaycan məsələsinin gənc nəslə çatdırılmasının əhəmiyyətini qeyd edib.

Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Qərbi Azərbaycan İcması Gənclər Şurasının rəhbəri Şahin İsmayılov çıxış edərək bildirib ki, Qərbi Azərbaycan məsələsi həm də milli yaddaş və mənəvi borc məsələsidir.

Tədbir interaktiv formada sual cavab formatında davam edib.

Keçidlər