Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə Nəsimi rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Heydər oğlu Əliyevə Təbrik
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri
Cənab İlham Heydər oğlu Əliyevə
Möhtərəm cənab Prezident!
Sizi – Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş görkəmli dövlət xadimini, müasir dövlətçiliyimizin banisi Heydər Əliyev məktəbinin ən layiqli davamçısını, dövlət idarəetməsində yeni üslub müəyyənləşdirən, milli dövlətçilik tariximizdə yeni ənənələrin əsasını qoyan ictimai-siyasi xadimi – Yeni Azərbaycan Partiyasının - xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir partiyanın - yaranmasının 30-cu ildönümü münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, günü-gündən qüdrətlənən doğma Azərbaycanımızın daha yüksək zirvələr fəth etməsi naminə həyata keçirdiyiniz möhtəşəm fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.
1992-ci il 21 noyabr tarixindən bizləri 30 illik zaman ayırır. 30 illik fəaliyyəti dövründə yeni Azərbaycan partiyası Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçibdir.
Bu illərdə Yeni Azərbaycan Partiyasının hansı uğurlara imza atdığı göz önündədir. Xalqın inamını qazanan bir partiyanın uğurlu gələcəyi danılmazdır. Bu inam partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Möhtərəm Prezidentimiz, Sizin bu xətti uğurla davam etdirməyinizin nəticəsində qazanılıbdır. Yeni Azərbaycan Partiyası sözlə əməl birliyi fonunda özünə inamı daha da artırır. Populizmdən uzaq olan partiya real işləri, yeni-yeni hədəflərə verdiyi töhfələri ilə diqqət çəkir.
YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edibdir. Bu fikir də böyük inamla qeyd olunur ki, tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi inkişaf yolunun bələdçisi, uğurların təminatçısıdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə, vətənə xidmət etmək deməkdir.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və YAP bu 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstəribdir.
Möhtərəm cənab Prezident!
Bu illər ərzində hər bir azərbaycanlının qürur duyduğu ən möhtəşəm, tariximizə qızıl hərflərlə yazılan uğurumuz - 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın həsrətinə son qoyulması oldu. Bu Zəfər dövlətimizin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgisinin təqdimatı oldu. Bu şanlı Zəfər ümummilli məsələlərin həllində vətəndaş birliyimizi, Azərbaycanın multikultural, tolerant ölkə olduğunu təsdiqlədi. Yeni Azərbaycan Partiyasının üzvləri də 44 günlük Vətən Müharibəsinin gedişi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə ifadə etdilər.
Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər ciddi tarixi və siyasi əsaslara söykənir. Tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 800 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıbdır. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıbdır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur.
Möhtərəm cənab Prezident!
Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP milli iradəni təmsil edən avanqard siyasi institutdur. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetiribdir.
Möhtərəm cənab Prezident!
Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək Sizin rəhbərliyiniz ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.
Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr veribdir. YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıbdır. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunubdur. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıbdır. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcəkdir.
Möhtərəm cənab Prezident!
Bir daha Sizi, xalqın inam simvolu olan, Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibəti ilə təbrik edir, müstəqil Azərbaycanın daha da tərəqqisi naminə həyata keçirdiyiniz ali fəaliyyətinizdə, qətiyyətli mübarizədə Sizə yeni-yeni qələbələr arzulayırıq.
Sizin və rəhbərlik etdiyiniz dövlətimizin, partiyamızın hər bir tapşırığını bundan sonra da layiqincə yerinə yetirməyə hazırıq.
Dərin hörmət və ehtiramla,
Nəsimi rayon ictimaiyyəti adından
İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov