Yol kənarlarında hasarların quraşdırılması işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.
Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Qeyd edək ki, şəhərin ümumi görünüşünə xələl gətirən rayonun Əbdülvahab Salamzadə küçəsi boyu ünvanda bərpa işləri aparılıb, kompozit taxta materialından hasarların quraşdırılması işləri başa çatıb.
Hal-hazırda bu ünvanda yerləşən körpünün yan hissələrində şəhərin ümumi görünüşünə xələl gətirən tikililərin qarşısında hasarların quraşdırılması işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.