Zəfər günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib.
Zəfər günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Zəfər Gününün üçüncü ildönümü münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.
Zəfər günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Zəfər Gününün üçüncü ildönümü münasibətilə şagirdlərin, hazırladıqları səhnə kompazisiyaları və musiqili nömrələrindən ibarət tədbirin keçirilməsi bir daha sübut edir ki, gənc nəslin vətənpərvər böyüməsi bu istiqamətdə prioritet məsələlərdən biridir.