Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər səsləyir bizi” adlı tədbir keçirilib.

03 noyabr 2022 | 07:21

Nəsimi rayon İcra Hakimiyyətinin və 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Zəfər səsləyir bizi” adlı tədbir keçirilib.  

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, rayonun təhsil müəssisələrinin müəllim və şagird kollektivi, şəhid anaları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səslənib.

Tədbirdə Mərkəzin dərnək üzvləri Zəfər tarixi ilə bağlı əbədi-bədii kompazisiyaları ilə çıxış etdiblər. Tədbirdə həmçinin Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdi ki,  Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir.
Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarının və yaralıları hərbiçilərin ailələrinə daim diqqət və qayğı göstərilmiş və göstərilməkdə davam edir.

Rəsm dərnəyinin üzvləri Nizami Kino Mərkəzinin foyesində rayonlarımızı tərənnüm edən əl işlərindən ibarət maketləri tədbir iştirakçılarına təqdim etdilər.

Keçidlər