İctimai Şuranın üzvləri
Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri:
Şuranın sədri:
Rəhimov Elnur Fidail oğlu, 1989-cu il təvəllüdlü, Bakı şəhər Nəsimi rayon sakinidir. 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirmişdir. 2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirmişdir. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olmuşdur.Ailəlidir 2 övladı var.
Şuranın sədr müavini:
Hüseynov Sənan Elçin oğlu 29 iyun 2005-ci ildə Neftaçala rayonunda ziyalı ailəsində anadan olub.
2011-ci ildə Nəsimi rayonu 16 saylı Texniki-Humanitar Liseyin 1-ci sinifinə qəbul olmuş, həmin məktəbi 2022-ci ildə başa vurub. 2022-ci ildə Nəsimi rayon ərazisində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-Mexanika fakültəsinin Sənaye mühəndisliyi ixtisasına daxil olub.
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyev haqqında yazdığı “Gəncliyə Örnək Olan Həyat” kitabının müəllifidir. Kitab Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi – Prezident Kitabxanası tərəfindən “Tövsiyə olunan ədəbiyyat” siyahısına daxil edilib.
Bir sıra beynalxalq konfranslarda, simpoziumlarda və konqreslərdə elmi məruzələrlə çıxış etmişdir. Ümumilikdə 18 elmi məqalənin, 1-i xaricdə olmaqla 50-dən çox tezisin və layihə proyektlərinin müəllifidir və bir sıra mükafatlara layiq görülmüşdür. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Təşəkkürnamə”, Rimar Akademiyasının “Akademik Təşəkkür” plaketi və medalı, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “Nəsimi rayon gənclərinin ictimai-siyasi fəallığının artırılmasında səmərəli fəaliyyətinə görə” təltif edilib. Həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (TGT) tərəfindən “İlin Tələbəsi” adına layiq görülüb.
ADNSU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi Kitab Klubunun sədri və “Ədəbi aləm” jurnalının baş redaktoru, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təsis etdiyi “Yeni Klub”-un koordinatoru vəzifələrində çalışır.
Yeni Azərbaycan Partiyasının, eləcə də qabaqcıl elm və ictimai təşkilatlardan olan Nyu-York Elmlər Akademiyasının üzvüdür.
Şuranın sədr müavini:
Quliyeva Sevda Qəzənfər qızı 1956-cı il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 1973-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədbiyyatı İnstitutuna daxil olmuş və 1977-ci ildə həmin institutu «Rus dili və ədəbiyyatı müəllimi» ixtisası ilə bitirmişdir. 1977-ci ildə Tərtər rayonu Qaradağlı kənd orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlamış. 1984-ci ildə 174№-li orta məktəbdə Pioner baş dəstə rəhbəri kimi pedaqoji fəaliyyətinə davam etmiş. 1987-ci ildə 174№-li orta məktəbdə direktor vəzifəsinə təyin olunmuş. 2000-ci ildə Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən Nəsimi rayonu 41№-li orta məktəbdə (hazırki İlyas Əfəndiyev adına Elitar gimnaziyada) direktor vazifəsində işləmişdir. 2004-cü ildə təhsilə rəhbərlikdə əldə etdiyim nailiyyətlərə görə «Əməkdar müəllim» faxri adı ilə mükafatlandırılmışam. 2004-cü ildən Azərbaycan Respublikası Tahsil Problemləri Institutunun elmi rəhbərliyi ila dissertant kimi «Yeni tipli təhsil müəssisələrində keyfiyyətin idarə olunmasının elmi-pedaqoji əsasları» mözusunda dissertasiya üzərində işləyir. Ailəliyəm, üç övladım var.
Şuranın katibi:
Bağırova Günel Elxan qızı 1994-cü ildə anadan olub.
Orta təhsilini Bakı şəhərində almış, ali təhsilini isə 2013-2018-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika, Telekommunikasiya və Radio Texnika mühəndisliyi üzrə alıb.
2018-2022-ci illər ərzində Nəsimi rayon İcra Hakimiyyətində və müxtəlif qurumlarında könüllü kimi aktiv fəaliyyət göstərib, rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirib.
2025-ci ildə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “Nəsimi rayon gənclərinin ictimai-siyasi fəallığının artırılmasında səmərəli fəaliyyətinə görə” “Təltifnamə” ilə mükafatlandırılıb.
Hal-hazırda Nəsimi rayonu üzrə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorninq və əlaqələndirmə qrupunun” üzvüdür.
Ailəlidir, bir övladı var.
Şuranın üzvləri:
Abbasov Əbülfət Əsgər oğlu
1964-cü ildə anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Xalq Təsərrüfatı İnstitutunda ali təhsil səviyyəsinə yiyələnmişdir. 1994-1999-cu illərdə isə Moskva Açıq Humanitar İnstitutunun hüquq fakültəsini bitirmişdir. 2006-cı ildə Nəsimi İH-də mühəndis daha sonra, 41 saylı MKİS-in rəisi vəzifəsində çalışmışdır. 2013-cü ildə “Leqal Konsaltinq” şirkətində hüquqşünas vəzifəsində çalışmışdır. Nəsimi rayon ərazisinin ictimai-siyasi həyatında aktiv fəaliyyətlə məşğuldur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.
|
|
|
|
Abdullayev Aqşin Akif oğlu 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2003-cü ildə Nəsimi rayon ərazisində yerləşən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olmuş 2007-ci ildə akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur. 2007-ci ildə ÜNS teatrının ilk tamaşası olan "Bakı" tamaşasında baş rolda oynamışdır. 2007-ci ildə Akademiya televiziya və Qazaxıstanda keçirilən MDB dövlətləri arasında estrada yarışmasının qalibi, eyni zamanda Türkdilli ölkələr arasında keçirilən Mavi Akdeniz musiqi yarışmasının birincisi olmuşdur. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adı ilə təltif olunmuşdur. Azərbaycanı musiqi sahəsində müxtəlif ölkələrdə təmsil etmiş, bir sıra Avropa ölkələrində, MDB ölkələrində, Türkdilli ölkələrdə solo konsertlərlə, eləcə də 2024-cü il 1 fevral tarixində ölkənin ən aparıcı sarayı olan Heydər Əliyev sarayında “Əbədi Sevgi” adlı solo konserti ilə çıxış etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Prezidenti yanında İdarəçilik Akademiyasında ikinci təhsilini qiyabi olaraq davam etdirir. Nəsimi rayon ərazisinin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir. Ailəlidir, 2 övladı var. |
|
|
|
Calalov Mirhaşim Rəhim oğlu 1984-cü ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Beynəlxaq Universitetinin Müalicə işi fakültəsini bitirmişdir. 2006-2007-ci illərdə Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsində nefrologiya üzrə internatura kursunu keçmişdir. 2005-2006-cı illərdə Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsində tibb qardaşı, 2007-2011-ci illərdə Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsində həkim-nefroloq, 2011-2013-cü illərdə Klinik Tibbi Mərkəzin Hemodializ şöbəsində həkim-nefroloq, 2013-cü ildən 2020-ci ilin sentyabr ayınadək həmin şöbənin müdiri vəzifəsində çalışmışdır. 2020-ci ilin sentyabr ayından Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ şöbəsinin müdiridir. Səhiyyə Nazirliyinin Hemodializ üzrə Komissiyasının üzvü, Hemodializ xəstələri üçün məlumat kitabçasının həmmüəllifidir. Müxtəlif elmi konfransların iştirakçısıdır. Klinik Tibbi Mərkəzin Yeni Azərbaycan Partiyasının ərazi üzrə ilk partiya təşkilatının sədr müavinidir. Ailəlidir. |
|
|
|
Əhmədov Fazil Ağamirzə oğlu 1976-cı ildə anadan olub. 1993-cü ildə orta məktəbi bitirib, hazırkı Azərbycan Dövlət İqtisad Universitetinə qəbul olaraq, "İqtisadiyyatın tənzimlənməsi" fakültəsində təhsil alıb. 1998-ci ildən başlayaraq, müxtəlif mətbu orqanlarında – “Olaylar”, “Günaydın”, “Reytinq”, və “Lider”-də fəaliyyət göstərib. Hal-hazırda media reysterindən keçmiş “Mia.az xəbər portalının”-nın təsisçisi və direktorudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ildə səmərəli fəaliyyətinə görə mənzillə mükafatlandırılmışdır. Nəsimi rayon ərazisinin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
|
|
|
|
Əliyev Nicat Pərviz oğlu 2004-cü ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Azərbaycan Dillər Universitetinin alman dili müəllimliyi ixtisasına daxil olub. ADU Tələbə Gənclər Təşkilatının sədr müavini vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədridir. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-ci ildə “İlin Gənci” mükafatına, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin TGT sədri”, Qərbi Azərbaycan İcması tərəfindən 2 fevral - Gənclər Günü münasibətilə fəxri fərman, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2 fevral – Gənclər Günü münasibətilə təltif olunub. Eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfindən Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı Respublika üzrə “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasına layiq görülüb. Nəsimi rayon ərazisinin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir. |
|
|
|
Xudiyev Azər İbrahim oğlu 1980-ci il tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Nəsimi rayonu ərazisində yerləşən 42 saylı orta məktəbdə başa vurmuşdur. 1997-2001-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə ali təhsil alıb. 2001-2003-cü illərdə ARPYDİA-da eyni ixtisas üzrə magistr pilləsində təhsilini davam etdirib. 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, aspirantura təhsil pilləsində İqtisadiyyatın dövlət tənzimləməsi ixtisası üzrə təhsil alıb. 5 dekabr 2005-ci il tarixində Saf Farm şirkətini təsis etmişdir. 01.01.2014-19.01.2016-cı il tarixlərində "Saf Farma" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor, 09.04.2020-07.01.2021-ci il tarixlərində "Yurd Pharma" Məhdud Məsuliyyətli Cəmiyyətində İcraçı direktor vəzifəsində çalışmışdır. 20 may 2020-ci il tarixində “Medical Media” MMC-ni təsis etmiş, 11.06.2020-05.05.2021-ci il tarixlərində "Medical Media" Məhdud Məsuliyyətli Cəmiyyətində Direktor vəzifəsində çalışmışdır. Hal-hazırda Səhiyyə Televizyasının direktorudur. Nəsimi rayon ərazisinin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir. 4 övladı var. |
|
|
|
İsayev Ramiz Mirqasım oğlu 1990-cı ildə anadan olub. Orta təhsilini 1996-2007 illərdə Nəsimi rayonunda yerləşən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində alıb. 2007-2013-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində beynəlxalq hüquq üzrə, 2016-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə fakültəsində” - "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdır. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətdə olmuşdur. 21.01.2021-ci il tarixindən hal-hazıradək "Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası" Kommersiya Hüquqi şəxslərinin İttifaqının İdarə Heyətinin sədri vəzifəsində çalışır. Nəsimi rayon ərazisinin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir. Ailəlidir. |
|
|
|
Rüstəmov Tahir Aydın oğlu 1959-cu il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 1977--1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində, 1984-1986-cı illərdə Azərbaycan KP MK Marksizm-Leninizm Universitetinin jurnalistika şöbəsində oxumuş, hər iki məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə ABŞ Dövlət İnformasiya Agentliyində, 2010-cu ildə Misirdə Qahirə Universitetində 1 aylıq jurnalistika kursları keçmiş, 2000--2002-ci illərdə Fransanın Lill Ali Jurnalistika Məktəbinin təlimçi ixtisası almışdır. 1983--1988-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində AzTV- nin xəbərlər baş redaksiyasında kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində işləmişdir. 1988-ci ildə ölkənin avanqard "Xalq qəzeti" (keçmiş "Kommunist" qəzeti) redaksiyasına dəvət olunmuş, baş müxbir, bölgə müxbiri, baş redaktorun birinci müavini vəzifələrində çalışmışdır. Sonrakı dövrdə redaksiya strukturundakı dəyişikliklə əlaqədar fəaliyyətini məsul əməkdaş, redaksiya heyətinin üzvü kimi davam etdirir. Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına, Ali Media, Həsən bəy Zərdabi və "Araz" yaradıcılıq mükafatlarına layiq görülüb. Azərbaycan Mətbuat Şurası nəzarət-təftiş komissiyasının sədri, Ahil Jurnalistlər Məclisi sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondunun və Dövlət İmtahan Mərkəzinin ekspertidir. 40 ildən artıq jurnalist-publisist fəaliyyətim dövründə müxtəlif mövzulu və janrlı çoxsaylı teleradio süjet və verilişinin, 1000-dən çox qəzet-jurnal yazısının, media tarixinə dair 10-dan artıq kitabın müəllifidir. Prezident İlham Əliyevin liderlik fəaliyyətinin salnaməsi olan "Böyük siyasətin davamı" çoxcildliyinin 7 cildinin nəşriyyat redaktoru, bir sıra kitabların redaktoru olub. |
|
|
|
Qasımov Qabil Şamil oğlu 1959-cu ildə Qəbələ rayonunda anadan olub. 1978-1980-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. 1981-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutuna qəbul olub. Ali təhsilini 1986-cı ildə başa vurmuşdur. Ali təhsilini bitirdikdən sonra 1986-1989-cu illərdə pedaqoji fəaliyyət göstərmişdir. 1988-1992-ci illərdə Gənclər Mərkəzinin direktoru vəzifəsində işləmişdir. 1998-ci ildən “Səma MMC”-nin təsisçisi olmuşdur və hal-hazırda baş direktorudur. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi rayon komitəsinin üzvüdür. Nəsimi rayon ərazisinin ictimai-siyasi həyatında aktiv fəaliyyətlə məşğuldur. Evlidir, üç övladı var. |
|
|
|
Qasımov Münasib Teymur oğlu 1957-ci ildə anadan olub. 1976-cı ildə hərbi xidmətdə olmuşdur. 1982-cü ildə Azərbaycan İnşaat Mühəndislik Universitetinin “İnşaat Mühəndisi” ixtisasını başa vurmuşdur. 1976-1995-ci illərdə müxtəlif özəl sahələrdə mühəndis, böyük mühəndis, baş konstruktor, şöbə müdiri, trest rəisi vəzifələrində çalışıb. 1995-ci ildə müəssisələr arası “Çıraq” Assossiyasının bir sıra məsul vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə “Teymuroğlu” şirkətində direktor, 2019-cu ildən isə “Onur STYLE” MMC-yə direktor təyin edilib. Nəsimi rayonunun ictimai həyatında fəal iştirak edir. Ailəlidir, üç övladı var. |
|
|
|
Xəlilov Vahid Əziz oğlu 1956-cı ilin sentyabr ayının 18-də Ellərkənddə anadan olub.1963-cü ildə Ellərkənd 8-illik məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə qonşu Güllücə kəndində orta təhsili başa vurmuşdur. 1974-1976-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) tarix fakültəsinə qəbul olmuş, 1982-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1980-ci ildə Amasiya rayonunun Çivinli kənd orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, 1982-ci ildə həmin məktəbə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Səmərəli pedaqoji fəaliyyətinə görə 1983-cü ildə "Maarif əlaçısı" döş nişanına, 1987-ci ildə "Baş müəllim" adına layiq görülmüşdür. 1989-cu ildə Nəsimi rayonu 35 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1990-2004-cü illərdə Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə və 2004-2023-cü illərdə isə Nəsimi rayonu 159 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmişdir. 2009-cu ildən tarix üzrə fəlsəfə doktorudur. 2002-ci ildə "Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, 2006-cı ildə "İlin məktəb direktoru" fəxri adı ilə təltif olunmuşdur. 2007-ci ildə gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə və ictimai işlərdə səmərəli fəaliyyətinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomuna layiq görülmüş, rəhbərlik etdiyi məktəbin göstəriciləri yüksək olduğu üçün 2008-ci ildə "Yaradıcı direktor" diplomu ilə təltif olunmuşdur. 2022-ci ildən Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvi kimi fəaliyyət göstərir.
|
|
|
|