Şriftin ölçüsü :

Saytın rəngi :

Mustafa Kamal Atatürkün Bakıda anım günü

10 noyabr 2017 | 16:00

Noyabrın 10-da Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 79 ildönümü Bakıda qeyd olunub.Anım mərasimi Nəsimi rayonunda dahi şəxsiyyətin heykəli önündə baş tutub. Tədbiri Türkiyənin ölkəmizdəki səfirliyi təşkil edib.Anım tədbirinə səfirlik nümayəndələri ilə yanaşı  Nəsimi rayon İcra Hakimiyyətinin numayəndələri, hərbçilər, iki ölkə arasındakı parlament dostluq qrupunun üzvləri, QHT təmsilçiləri, gənclər qatılıb.Onlar Mustafa Kamal Paşanın heykəli önünə gül-çiçək dəstələri düzərək sayğı duruşu ilə Türkiyə dövlətinin qurucusunun ruhu qarşısında ehtiramlarını bildiriblər.Qeyd edək ki, 3 dəfə Türkiyə prezidenti seçilmiş yeganə cumhurbaşqanı kimi ölkəsinin siyasi tarixinə düşən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə dünyasını dəyişıb.

Keçidlər