Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Qadın sağlamlığı ilə bağlı maarifləndirmə kampaniyasına start verildi

22 noyabr 2017 | 16:00

22 noyabr 2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qadın sağlamlığı ilə bağlı maarifləndirmə” kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Ülviyyə Rüstəmova, Elmi-Tədqiqat İnstitutunun həkimi Leyla Məmmədova və 100 nəfər qadının iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır.

Respublika əhalisinin, o cümlədən qadın sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısının imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən  Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.

Sonra  Elmi-Tədqiqat İnstitutunun həkimi Leyla Məmmədova tədbir iştirakçılarına qadın sağlamlığı barədə geniş məlumat vermişdir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

  

  

Keçidlər