Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ümumrayon iməciliyi keçirilmişdir

09 may 2018 | 16:00

Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 95 illiyi  münasibəti ilə Nəsimi rayonunda  silsilə tədbirlər davam etdirilir. Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi  ərəfəsində Nəsimi rayonu ərazisində  genişmiqyaslı abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır.

Son illər sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayonda müasir tələblərə cavab verən yeni-yeni parklar salınır, mövcud yaşıllıqlar və parklar əsaslı təmir edilir, park və bağlarda söhbətgahlar, uşaq oyun elementləri quraşdırılır. Silsilə tədbirlərin davamı olaraq ümumrayon iməciliyi keçirilmişdir.

İməclik zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud park və bağlarda,yaşıllıq zolaqlarında 5000-dən artıq müxtəlif növdən olan həmişəyaşıl ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmiş, məhəllələrdə abadlıq və təmizlik işləri aparılmışdır.

Tədbirdə Nəsimi rayon  İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər