Şriftin ölçüsü :

Saytın rəngi :

Zabit Səmədov idman məktəbi açıldı

12 fevral 2019 | 16:00

Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında K-1 qaydasız döyüş növü üzrə dünya çempionu, tanınmış idmançı Zabit Səmədov idman məktəbinin açılışı olub.

Açılış mərasimində rəsmi şəxslər, tanınmış idmançılar, incəsənət nümayəndələri və digər qonaqlar iştirak edib. Z.Səmədov Azərbaycan Ağır Atletika Federasiyasının vitse – prezidenti Azər Əliyevla birgə açılış lentini kəsdıkdən sonra, tədbir iştirakçıları zalla tanış oldular. Zalla tanışdıqdan sonra aparıcı Murad Dadaşov “Zabit Səmədov döyüş məktəbi” barədə ətraflı məlumat verərək bildirdi ki, 6 yaşdan yuxarı hər kəs döyüş məktəbinin üzvü ola bilər.

Dünya çempionu, tanınmış idmançı Zabit Səmədov çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov idmana göstərilən diqqət və qayğının Azərbaycanın dövlət siyasəti olduğunu, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vürğulayaraq idmançılarımıza göstərilən diqqət və qayğının Azərbaycan idmançılarını yeni – yeni qələbələrə çağırdığını bildirdi.

Tədbirdə çıxış edənlər – Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Millət vəkili Ülvi Quliyev və başqaları tanınmış idmançını təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladılar.

 

Keçidlər