Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbirlər keçirilir

01 iyun 2019 | 16:00

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur. Belə ki, Nəsimi rayon ərazisində yerləşən tam orta məktəblərdə və məktəbəqədər tədris müəssisələrində uşaqlar üçün maraqlı bayram tədbirləri təşkil edilib keçirilir.

Nəsimi rayonunun 1-ci mikrorayon ərazisində yerləşən “Yağmur” körpələr evində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti  uşaqlar üçün bayram tədbiri keçirilmişdir.Tədbirdə uşaqlar  bağçada öyrəndikləri şer və mahnıları ifa etmiş, rəqslər edərək şənlənmişlər.

Keçidlər