Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəbliləri “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik düşərgəsində

31 iyul 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə layihəsi olan “Gənc Heydərçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahətləri üçün  maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir.
Düşərgədə idman yarışları, mədəni-tarixi yerlərə ekskursiyalar təşkil edilmiş, uşaqlar arasında futbol, voleybol, şahmat, dama və  digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc Heydərçilər” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar.  Keçirilən bilik və  idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan etmişdir.

Düşərgə iştirakçılarının  Qusar rayonunda Heydər Əliyev Mərkəzi, və Qusar rayon Tarix-Diyarşünaslıq muzeyi, Xaçmaz rayonunda Heydər Əliyev Mərkəzi, Şəxsiyyətlər muzeyi və Xaçmaz rayon  Tarix-Diyarşünaslıq muzeyi, Quba rayon Tarix-Diyarşünaslıq muzeyi və Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-nə ekskursiyaları da təşkil edilmişdir. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycanın tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etmişdir.

Həmçinin məktəblilərin Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilimişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Qubanın Qəçrəş kəndində məktəblilər üçün  əyləncəli tədbir- samovar çayı, dadlı şirniyyat süfrəsi təşkil edilmişdir. Məktəblilərin istirahətləri milli rəqslərimizlə davam etmişdir.

Keçidlər