Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon gəncləri Quba rayonunda istirahət etdilər

08 avqust 2019 | 16:00

Yay günlərində gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi,  diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirlər keçirilir.

Bununla əlaqədar Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən, təhsildə fərqlənən, həmçinin  sahibkar gənclərin iştirakı ilə Quba rayonuna ekskursiya təşkil edilmişdir.  Gənclər Quba  rayonunun ərazisində yerləşən tarixi-mədəni obyektlərlə yaxından tanış olmuşlar.

Həmçinin gənclərin  Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilimişdir. Gənclər  Qubanın Qəçrəş kəndində birlikdə nahar etmiş,  əyləncəli tədbirlərdə -  idman və  intellektual yarışlarda iştirak edərək mənalı istirahət keçirmişlər.  

 

Keçidlər