Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti Ədliyyə Nazirliyi ilə birgə gənclər arasında ailə dəyərlərinə dair maarifləndirici tədbir keçirib.

25 oktyabr 2019 | 16:00

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etmişdir ki, Cənab Prezidentimizin və birinci vitse prezidentimiz Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“ “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir.Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin rəsmiləri Reyhanə Kərimova və Səbinə Salmanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə dəyərlərinə verdiyi yüksək qiyməti, cəmiyyətin əsas özəyi olan hər bir ailəyə göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayaraq ailə dəyərlərinin əhəmiyyəti, habelə erkən nikahların törətdiyi fəsadlar haqqında geniş məlumat veriblər.
Həmçinin ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalova, Mirzə Ələkbər Sabir fondunun təsisçisi və direktoru Sevda Tahirli maraqlı təqdimatlarla çıxış edərək gənclərə ailə dəyərlərindən və erkən nikahlar zamanı üzləşilən problemlərdən bəhs ediblər.

Bununla yanaşı, auditoriyaya mövzu ətrafında hazırlanmış slaydlar nümayiş olunub, uzunömürlü ailələrin üzvləri keçdikləri ömür-gün yolu barədə söhbət açaraq gənclərə öz tövsiyələrini veriblər. Sonda gəncləri maraqlandıran sualları cavablandırılıb.

Keçidlər