Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirib

09 yanvar 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Məmmədov İntiqam, Əzizov Elçin, Zeynalova Almaz, Həsənov Qasım, Hüseynov Xanlar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, damlardakı su çənlərinin yığışdırılması, su-kanalizasiya xəttinin təmir olunması, zirzəmiyə drenaj sisteminin qurulması, həyətin abadlaşdırılması, sakinlər üçün yaradılan abadlığın qorunmasında onların özlərinin daha fəal olmasının vacibliyi barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar xüsusi qeyd olunmuşdur. Sakinlər Yeni il münasibətilə təbrik edilmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər