Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirildi

11 yanvar 2020 | 16:00

Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür. Ədliyyə Nazirliyi tərəfindən Nazirliyin Birləşmiş Həmkarlar İttifaqının xətti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir.

Ədliyyə işçiləri Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Nəsimi rayonunda yerləşən  268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıblar. Həmçinin uşaqlar üçün 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinin musiqili-əyləncəli proqram təşkil olunub. Sonra uşaqlara hədiyyələr təqdim edilib. Görüşdə  məktəb rəhbərliyi  xüsusi qayğıya ehtiyacı olan uşaqlar adından Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya hər zaman göstərdikləri qayğıya, diqqətə görə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər