Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yaşıl guşələr yaradılmışdır

03 fevral 2020 | 16:00

Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Bakı şəhəri sürətlə inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, yeni yaşıllıqların salınması istiqamətində önəmli işlər görülmüşdür. Dünya təcrübəsində yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərdə ticarət və  digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılmasının iş adamlarından tələb olunması praktikası mövcuddur ki, bu da şəhərlərin xarici görünüşünün və ekoloji mühitinin yaxşılaşdırılmasına böyük təkan verir. 

Nəsimi rayonu ərazisində, o cümlədən rayonun  Ü. Hacıbəyov, 28 may, S.Vurğun, B.Səfəroğlu, Vidadi, Ə.Quliyev, Tolstoy, H.Aslanov, R.Rza,  Topşubaşov, M.İbrahimov  küçələrində və Bülbül prospektində olan ticarət və qeyri-yaşayış obyektlərinə bitişik müvafiq ərazilərdə yaşıl guşələr yaradılmış, dibçəklərdə xüsusi ağaclar və güllər yerləşdirilmişdir.   

Yaradılmış yaşıl guşələrə  qulluq və abadlıqla bağlı işlər davam etdirilir.

Keçidlər