Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işlərinə başlanılıb

04 mart 2020 | 16:00

Dünyanın bir neçə  ölkəsində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Nəsimi rayonunda da   bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işlərinə start verilib. 

Rayon ərazisində fəaliyyət göstərən ali, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələrdə, iri ticarət obyektlərində-bazarlarda, yaşayış evlərinin girişlərində, ümumi istifadə olunan yerlərdə və zibil meydançalarında  sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici  işlərinə başlanılmış,   bu işlərin virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

Keçidlər