Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Olimpiya Komitəsi “Olimpiya günü” tədbirlərini davam etdirir

11 iyun 2020 | 16:00

Milli Olimpiya Komitəsi (MOK) və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rio-2016 Yay Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucovun iştirakı ilə Beynəlxalq Olimpiya Günü qeyd olunub.  

Azərbaycan Basketbol və Velosiped İdmanı federasiyalarının idmançıları, Azərbaycan Çerlidinq Federasiyasının yığma komandasının üzvləri və futbol fristayleri Nicat Səfərovun qatıldığı tədbirdə insanların eyvanlardan izləmələri üçün maraqlı idman hərəkətləri nümayiş olunub.

Tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusən uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etməkdən ibarət olub. Karantin rejiminin bütün qaydalarına riayət olunduğu tədbir Nəsimi rayonunda binaların əhatəsindəki nümunəvi həyətdə baş tutub.
Bina sakinləri əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan dəstəklərini əsirgəməyiblər. Tədbiri izləmək yalnız eyvanlardan mümkün olub.

Keçidlər