Nəsimi rayonunda reydlər davam etdirilir
04 sentyabr 2020 | 16:00
Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə ticarət obyektlərində, fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə və əhalinin sıx olduğu məkanlarda reydlər davam etdirilir.
Reydlər zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.