Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Zati-Aliləri Cənab İlham Heydər oğlu Əliyevə

10 noyabr 2020 | 16:00

    Möhtərəm cənab Prezident!
        Möhtərəm Ali Baş Komandan!

Bu gün xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır. Bu hissləri bizə yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Ermənilərin bu günə qədər Azərbaycan xalqına yaşatdıqları amansız vəhşiliklərin tarixi cavabı məhz indi, apardığınız haqlı, ədalətli mübarizə ilə verildi. Şanlı qələbə, zəfər Sizin böyük siyasətiniz və mübarizəniz nəticəsində  Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının çox illərdən bəri arzuladığı, gözlədiyi, uğrunda mübarizə apardığı böyük zəfəri, şanlı tarixi xalqımıza Siz yaşatdınız.

   Möhtərəm cənab Prezident!
        Möhtərəm Ali Baş Komandan!

Siz Ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni tarixi epoxanın və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli dövlət xadimi, yeni siyasi təfəkkürə və yaradıcı yanaşmalara malik novator, yeni dövlətçilik nəzəriyyəsinin yaradıcısınız. Bu tarixi qələbə belə zəngin konsepsiyanın uğurlu nəticəsidir. Əgər bu gün Azərbaycan beynəlxalq arenada nailiyyətləri, uğurları ilə diqqət mərkəzindədirsə, bu, Sizin uzaqgörən siyasətinizin düsturudur.
Sizin müdrik və uzaqgörən siyasətinizin, gərgin əməyinizin nəticəsidir ki, bu gün rəşadətli  Azərbaycan Ordusu qorxmadan və çəkinmədən düşmən üzərinə irəliləyərək, şanlı zəfərlər qazandı.
Vətənpərvərlik, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Belə bir zirvəyə yüksəlmək, bu zirvəni qorumaq bizim hər birimizin müqəddəs vətəndaşlıq borcudur.
Minlərlə azərbaycanlının canını verdiyi, milyonlarla vətəndaşın isə can verməyə hazır olduğunu, hər bir qarış Vətən torpağı Sizın ümid və sevinc hissi ilə göstərdiyiniz mərdlik və cəsarət sayəsində azaddır.
Qoy bütün dünya da bunu duysun, bilsin. Siz zülmün kökünü kəsdiniz. Hər bir azərbaycanlının haqq sözü Sizsiniz, Ali Baş Komandan! Bu bizim haqq işimizdir.
Siz də bizim güc, qürur, fəxarət mənbəyimizsiniz. Siz ədalət carçısısınız.
Bu günlərdə bütün dünya bir daha şahidi oldu ki, qüdrətli Azərbaycan dövləti və onun Sizin kimi Ali Baş Komandanı var.

    Möhtərəm Prezident!
       Cənab Ali Baş Komandan!

“Qarabağ Azərbaycandır!” - min illərin şüarı olacaq bu qətiyyətli sözlər hər birimizin qürurla işlətdiyimiz şüara çevrilibdir. Siz xalqın qürur mənbəyisiniz. Sizinlə fəxr edirik, Xalq Sizinlədir !
10 noyabr - Azərbaycan tarixində şanlı və müqəddəs gündür. Bu gün münasibətilə Nəsimi rayon ictimaiyyəti adından Sizi ürəkdən təbrik edirik. Ulu Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,
Nəsimi rayon  ictimaiyyəti adından rayon İcra    
Hakimiyyətinin başçısı Asif Əsgərov

Keçidlər