Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayounda vətən müharibəsində şəhid olmuş hərbiçilərin ailələri ziyarət edilib

05 yanvar 2021 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etmişdir. Görüşdə, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilmişdir.

Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin, müharibə veteranları və əlillərinin  dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı bildirilmişdir.

 Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Keçidlər