Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Vətən Müharibəsində Şəhid olmuş hərbi qulluqçuların ailələrinə ərzaq bağlamaları təqdim olunmuşdur.

14 yanvar 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkənin hər yerində olduğu kimi, Nəsimi rayonunda da dərin hörmət və ehtiramla anılır.

Vətən müharibəsinin şəhid ailələrinə dəstək olmaq məqsədilə rayonda fəaliyyət göstərən Nurgün şirkətlər qrupunun təşkilatçılığı və Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə baş çəkilib, onlara mənəvi dəstək olunub, ailələrə ərzaq bağlamaları təqdim edilib.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər